“Messiyə yemiş versəz, rahatlıqla onu xiyara çevirər”
“Barselona”nın futbolçusu Antuan Qrizmann komanda yoldaşı Lionel Messi haqda maraqlı açıqlama verib.
Komanda.az xəbər verir ki, “Leuqipe” nəşrinə danışan fransız yarımmüdafiəçi, Messi ilə yaxşı əlaqələrinin olduğunu deyib:
“Messi ilə birlikdə oynamaq çox asandır. Messiyə yemiş versəz, rahatlıqla onu xiyara çevirər. O meydandadırsa, topu səhv yerə atacam deyə, düşünməzsiz.
Onunla yaxşı əlaqələrimiz var və hər gün daha da yaxşı olur. Bir-birimizi yaxşı başa düşürük. Tez-tez mesajlaşırıq, məşqlərdə də birlikdə oluruq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin