Avropa çempionatı üçün son toplanış başladı
Güləş üzrə Azərbaycan yığmaları aprelin 8-dən 14-dək Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatı üçün son hazırlığa start verib.
Komanda.az xəbər verir ki, martın 25-dən etibarən sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışına başlayıb.
Qadınlardan ibarət yığmamız isə son toplanışı Ukraynada keçir. Martın 25-dən startı verilən toplanış aprelin 8-dək davam edəcək. Komandamız Buxarestə də Kiyevdən yollanacaq.
Qeyd edək ki, qitə birinciliyinin reqlamentinə əsasən, aprelin 8-10-də sərbəst, 10-12-də qadın, 12-14-də isə yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin