Messi: “Kubok qazanmağı sevirəm”

“Barselona”nın futbolçusu Lionel Messi açıqlama verib.

Komanda.az “sport.es” saytına istinadən xəbər verir ki, argentinalı hücumçu, iştirak etdiyi bütün turnirləri qazanmaq istədiyini deyib:

“Bir turnirdə iştirak edirəmsə, onu qazanmaq istəyirəm. Bütün hədəflərimə çatmaq üçün hər şeyi etməyə çalışıram. Bütün kubokları qazanmaq istəyirəm. İspaniya kubokunu qazanmağımız əhəmiyyətli oldu. Kubok qazanmağı sevirəm”.

“Barselona” La Liqasda mövsümü üçüncü sırada bitirib. Komanda bu il İspaniya kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button