“Oyunumuz haqda müsbət fikir söyləmək olar”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Gərgin oyun keçdi. Ümumiyyətlə, mövsüm gərgin keçdi. Hər tur komandalar daha istəkli görünürdü. Çempionat ərzində bir çox çətinliklə üzləşdik, bunu hər kəs bilir. Çox ağır çempionat oldu, amma bu gün hər bir futbolçuma təşəkkür etdim. Birlikdə bu günə qədər gəlib çıxmağı bacardıq. Nəticə istədiyimiz kimi olmasa da, azarkeşlər çempionat ərzində oyunumuz haqda müsbət fikir söyləyə bilərlər. Heyətimiz geniş olmasa da, sağlam şəkildə bütün oyunları oynayıb mövsümü başa vurduq.

“Sumqayıt”ı qələbə münasibətilə təbrik edirəm. Çempionatın stabil oynayan komandalarından biridir. Onlara kubokun finalında uğurlar arzulayıram! Biz isə çıxışımıza son qoyub, gələcək haqda düşünəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button