“Qarabağ”dan şəhid azarkeşinə böyük jest
“Qarabağ” klubu şəhid azarkeşi Məhəmmədəli İbrahimli ilə bağlı jest edib.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi Peşəkar Futbol Liqasına göndərdiyi medal alacaq komanda üzvlərinin siyahısına şəhidin adını salıb. Beləliklə, Məhəmmədəli İbrahimli “Qarabağ” komandasının üzvü kimi Azərbaycan Premyer Liqasının medalına layiq görüləcək.
Məhəmmədəli İbrahimli ikinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün çempionunun müəyyənləşəcəyi “Neftçi” – “Qarabağ” oyunu bu gün, saat 20:30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



