“Qarabağ” braziliyalı yarımmüdafiəçi ilə maraqlanır
“Qarabağ” klubu yayda heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək istəyir.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyanın “Alverka” klubundan Felipe Rayanla maraqlanır. Bu barədə “Record” nəşri məlumat yayıb. Xəbərdə, “Qarabağ”la yanaşı, Rumıniya klublarının da 24 yaşlı yarımmüdafiəçi ilə maraqlandığı bildirilib.
Daha əvvəl Portuqaliyada “Jil Visente”, “Sernake”, “Kaldas” “Akademiko Vizeu”, “Real SC” kimi klublarda çıxış edən Felipe, 2020-ci ilin yayından “Alverka”dadır. Braziliyalı yarımmüdafiəçinin “transfermarkt”da dəyəri 75 min avrodur.
“Alverka” Portuqaliyanın 3-cü liqasında mübarizə aparır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin