FİDE prezidentindən Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Komanda.az xəbər verir ki, rusiyalı funksioner, Rəhimovun ölümünü təkcə Azərbaycan üçün deyil, bütün şahmat ailəsi üçün böyük itki adlandırıb:

“Planetin hər bir guşəsindən olan şahmatsevərlərin xatirələrində onun birbaşa iştirakı ilə ən yüksək səviyyədə təşkil olunmuş turnir və forumlar qalıb. Fəal işi sayəsində dünyada ilk dəfə şahmatın inkişafına dair dövlət proqramı qəbul olunaraq, həyata keçirilib”.

FİDE prezidenti Rəhimovun xatirəsinin yaddaşlarda əbədi qalacağını bildirib.

Azad Rəhimov aprelin 30-da, ABŞ-da dünyasını dəyişib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button