Ozan Can oynadı, komandası xal itirdi
Futbol üzrə Niderland 2-ci liqasında 36-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.
Sözügedən kollektiv doğma meydanda PSV-nin gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Ozan da bu matçın iştirakçısı olub. O, 71-ci dəqiqədə meydana buraxılıb.
Müqavilə ilə “Sabah”a məxsus olan Ozan, Niderland klubunda icarə əsasında çıxış edir.
“Telstar” 2-ci liqada 36 turdan sonra 41 xalla 13-cü sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin