“Psixoloji gərginliyi üzərimizdən atmaq üçün qələbə vacib idi”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hər iki komandanın turnir cədvəlindəki mövqeyi bəlli idi. İstənilən halda stresli və maraqlı oyun oldu. Görüşdə kifayət qədər qol imkanları yarandı. Oyuna ciddi hazırlaşmışdıq. Topun daha çox bizdə olması üçün məşqlərdə bunun üzərində işləmişdik. İlk 20 dəqiqədə qol vurmağa çalışdıq. Bu müddətdə 3 qol imkanımız oldu. Sevinirəm ki, futbolçular istədiklərimizi yerinə yetirdilər. Psixoloji gərginliyi üzərimizdən atmaq üçün qələbə vacib idi. Həmişə qol imkanları çox olub, yararlana bilməmişik və heç-heçə ilə kifayətlənmişik, məğlub olmuşuq. Bu gün qapımızda qol epizodları da oldu. Bunların hamısını təhlil edəcəyik. Hamısı daha çox standart vəziyyətdən idi. Çalışacağıq ki, nöqsanları aradan qaldıraq. Qələbə münasibətilə futbolçuları təbrik edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button