Divizion klubu karantin qaydalarını pozduğu üçün cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda 1-ci divizionun 19-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

1-ci divizionun 19-cu turunun “Turan Tovuz” – “Qarabağ-2” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Turan Tovuz” – “Qarabağ-2” oyununda meydança əsasnaməyə uyğun olaraq sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur;

19-cu turun “Sabah-2” – “Zaqatala” oyununda “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Sabah-2” – “Zaqatala” oyununda oyun öncəsi stadion nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi və iclas gec başlandığı üçün meydan sahibi klub 80 manat cərimə olunur;

“Sabah-2” klubunun futbolçusu Abdulla Xaibulaev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Zaqatala” klubunun ehtiyat oyunçuları və texniki heyəti texniki zonada maskadan istifadə qaydalarını pozduğu üçün klub 80 manat cərimə olunur;

19-cu turun “Qaradağ Lökbatan” – “Keşlə-2” oyununda “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button