“Milan”ın sabiq vitse-prezidenti koronavirusa yoluxdu
İtaliyanın “Montsa” klubunun baş direktoru Andriano Qalliani koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə B Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 76 yaşlı funksionerin koronavirus testi müsbət çıxıb və o, karantinə alınıb.
Qalliani 1986-2017-ci illər aralığında “Milan” klubunda çalışıb. O, “qırmızı-qaralar”da baş direktor və vitse-prezident vəzifələrində işləyib.
Qalliani 2018-ci ildən “Montsa”dadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin