Henderson AÇ-2020-ni buraxa bilər
“Liverpul”un zədəli futbolçusu Cordan Hendersonun sağalma müddəti uzana bilər.
Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Xəbərdə, 30 yaşlı yarımmüdafiəçinin son durumunun yaxın günlərdə açıqlanacağı bildirilib. Hendersonun ən yaxşı halda 4-6 həftəyə məşqlərə başlayacağı gözlənilir.
Hendersonun bərpa müddəti uzansa, yarımmüdafiəçi İngiltərə yığmasının AÇ-2020-dəki oyunlarını buraxa bilər.
AÇ-2020 keçən ilin yayında keçirilməli olsa da, pandemiya səbəbiylə təxirə salındı. Turnirin bu ilin 11 iyun-11 iyul aralığında 12 müxtəlif şəhərdə keçirilməsi planlaşdırılır. Bu şəhərlər arasında Bakı da var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin