Azərbaycan millisinin rəqibi yeni baş məşqçisini açıqladı
DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla bir qrupda yer alan Serbiya yığmasının yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, millinin “sükan”ı Draqan Stoykoviçə tapşırılıb. Bu barədə Serbiya Futbol İttifaqının sədr müavini Marko Panteliç “Tanyuq” agentliyinə açıqlamasında deyib. O, Stoykoviçlə razılaşdıqlarını və millini onun çalışdıracağını bildirib.
Azərbaycan millisi seçmə mərhələdə Serbiya, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq. Yığma serbiyalılarla ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda (BOS) keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin