“Atletiko”nun futbolçusu “Çelsi” ilə oyunu buraxa bilər

“Atletiko” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Madrid klubunun yarımmüdafiəçisi Yannik Karrasko sıradan çıxıb. Bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, belçikalı futbolçunun La Liqada “Levante” (1:1) ilə görüşdə sol ayağından zədə aldığı bildirilib.

Karrasko zədə səbəbindən Çempionlar Liqasının “Çelsi” ilə matçını buraxa bilər.

“Atletiko” – “Çelsi” matçı fevralın 23-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button