“Turan Tovuz” və “Kəpəz”in oyunu təxirə salındı – qara görə

Birinci divizionun 13-cü turunun güclü qar səbəbindən yarımçıq dayandırılmış “Turan Tovuz” – “Sumqayıt-2” görüşü görülən bütün tədbirlərə baxmayaraq, yağıntı davam etdiyinə görə təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb. Turun bu gün keçirilməli olan “Kəpəz” – “Qaradağ Lökbatan” qarşılaşması da analoji hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Görüşlərin yeni vaxtı hələ məlum deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button