“Fənərbaxça”nın sabiq baş məşqçisi vəfat etdi
Slovakiyalı futbol məşqçisi Yozef Venqloş vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə Şotlandiyanın “Seltik” klubunun mətbuat xidməti məlumat yayıb. Venqloş 84 yaşında vəfat edib.
Venqloş məşqçi karyerası ərzində Çexoslovakiya və Oman millisini, Portuqaliyada “Sportinq”, İngiltərədə “Aston Villa”, Türkiyədə “Fənərbaxça”, Şotlandiyada “Seltik” klubunu çalışdırıb. Mərhum mütəxəssisin son ünvanı Yaponiyanın “Cef Yunayted” komandası olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin