Lloris ölkəsinə qayıdacaq

“Tottenhem”in qapıçısı Uqo Lloris mövsümün sonunda komandanı tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, 34 yaşlı qapıçı ilə Fransanın PSJ klubunun yaxından maraqlandığı bildirilir. Lloris də ölkəsinə qayıtmağa müsbət yanaşır.

“Tottenhem” klubu da artıq qapıçı axtarışlarına başlayıb. Londonluların bu mövqeyə əsas namizədləri “Vest Bromviç”dən Sem Conston və “Mançester Yunayted”dən Din Hendersondur.

Lloris 2012-ci ildən “Tottenhem”dən çıxış edir. Onun klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Fransa yığmasının da üzvü olan futbolçu daha əvvəl ölkəsində “Nitsa” və “Lion”un formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button