“Monako” darmadağına üzüldü, PSJ inamlı qələbəyə sevindi

Bu gün Fransa Liqa 1-də 15-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun bütün qarşılaşmaları bir gündə oynanılıb.

Ötən turda doğma meydanda “Lion”a uduzan PSJ, bu dəfə “Loryan”ı sınağa çəkib və inamlı qələbəyə sevinib. “Monako” “Lans”la ev oyununda darmadağına üzülüb. “Lion” isə “Brest”lə qarşılaşmadan heç-heçə ilə ayrılıb.

Turnir cədvəlinin lideri “Lill” sonuncu pillədə qərarlaşan “Dijon”un qonağı olub və inamlı qələbə sayəsində liderliyini qoruyub.

Fransa Liqa 1, 15-ci tur

16 dekabr

Nim – Nitsa 0:2
Qol
: Ndoye, 85. Maurise, 90+3.

Anje – Strasburq 0:2
Qol
: Diallo, 77. Ayorke, 90+1.

Dijon – Lill 0:2
Qol
: Y.Yazıçı, 19. Vea, 90+3.

Reyms – Nant 3:2
Qol
: Ture, 68. Dia, 72-pen. Kafaro, 74 – Pallois, 18. Bleyz, 79.

Monpelye- Mets 0:2
Qol
: Leya, 50-pen. Mayqa, 90.

Renn – Marsel 2:1
Qol
: Traore, 63. Hunu, 83 – Qeye, 24.

PSJ – Loryan 2:0
Qol
: Mbappe, 51-pen. Kin, 61.

Bordo – Sent-Etyen 1:2
Qol
: Huanq, 24 – Nordin, 15. Neyu, 75.

Lion – Brest 2:2
Qol
: Depay, 69-pen. Korne, 81 – Lopes, 39. Faivre, 90+2-pen.

Monako – Lans 0:3
Qol
: Silla, 1. Banza, 33. Kakuta, 39.

Bombardir: Kilian Mbappe (PSJ) – 10 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button