Zidan “Real”dan ayrılacaq – səbəb bilindi
“Real”ın baş məşqçisi Zinəddin Zidan mövsümün sonunda “kral klubu”ndan ayrılacaq.
Komanda.az xəbər verir ki, bu barədə “Diario Gol” nəşri məlumat yayıb. Xəbərdə, Zidanın “Real”ın rəhbərliyinin transfer vədlərini yerinə yetirmədiyi üçün baş məşqçi postundan ayrılacağı bildirilir.
“Real” rəsmiləri mövsümün əvvəlində Zidana Pol Poqba, Sadio Mane və Eduardo Kamavinqanın komandaya transfer ediləcəyini desələr də, bu keçidlər baş tutmayıb.
Zidan “Real”la qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verəcək. Fransalı mütəxəssis 2019-cu ilin martından komandaya baş məşqçilik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin