“Qəbələ”nin prezidenti cəbhədən yazdı: “Qalib Azərbaycan xalqına eşq olsun!”
“Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbə ilə bağlı “facebook” səhifəsində paylaşım edib.
Komanda.az xəbər verir ki, müharibə başlayandan könüllü olaraq cəbhəyə yollanan və vətən uğrunda döyüşən Nəcəfov, qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib:
“Böyük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə münasibətilə Ali Baş Komandan başda olmaqla xalqımızı təbrik edirəm! Bu qalibiyyətin əldə olunmasında qəhrəmanlıqla şəhid olan hər bir əsgər və zabitimizin ruhu qarşısında baş əyirəm! Şəhidlərimizin valideynlərinin əllərindən öpürəm!
Tarixi zəfərin əldə olunmasında “hər şey cəbhə üçün” şüarı altında birləşən və ölçüyəgəlməz ruh yüksəkliyi ilə ordumuzun yanında olan millətimizin hər bir övladı ilə fəxr edirəm!
Qalib Azərbaycan xalqına eşq olsun!”
Bizi Facebook-da izləyin