“Kumana və onun məşqçi keyfiyyətinə güvənirəm, amma…” – De Bur
“Barselona”nın sabiq futbolçusu Ronald de Bur Kataloniya klubunun vəziyyəti ilə bağlı açıqlama verib.
Komanda.az “Marca”ya istinadən xəbər verir ki, katalonların zamana ehtiyacı olduğunu bildirən 50 yaşlı mütəxəssis, adı klubla yanaşı çəkilən Memfis Depayın mümkün keçidi barədə də danışıb:
“Barselona” keçid mərhələsindədir. Futbolçular, rəhbərlik, azarkeşlər bunu qəbul etməli və zamana ehtiyac olduğunu başa düşməlidirlər. Baş məşqçi Ronald Kumana və onun məşqçi keyfiyyətinə güvənirəm, amma zamana ehtiyac var.
Depay “Barselona” üçün vacib futbolçu ola bilər. Gücü və texnikası ilə sizi təəccübləndirə bilər”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin