“İnter”in daha bir futbolçusunda koronavirus aşkarlandı

İtaliyanın “İnter” klubunun daha bir futbolçusunda – Əşrəf Hakimidə də koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.

22 yaşlı müdafiəçinin testi UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Almaniya “Borussiya”sına (Münhenqladbax) qarşı keçirəcəyi oyundan öncə müsbət nəticələnib. Mərakeşli oyunçu dərhal təcrid edilib.

Daha əvvəl “İnter”də Eşli Yanqın koronavirus testinin yenidən müsbət olduğu açıqlanmışdı. Hər iki futbolçu Milan baş tutacaq qarşılaşmada iştirakdan məhrum olub.

Qeyd edək ki, bu gün keçiriləcək “İnter” – “Borussiya” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button