Super Liqa klubunun futbolçusu koronavirusa yoluxub

Türkiyənin “Kayserispor” klubunda bir futbolçunun koronavirus testinin nəticəsi müsbət olub.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bir neçə günlük fasilədən sonra düşərgəyə qayıdan futbolçulardan birinin şikayətləri ilə əlaqədar ondan koronavirus testi götürüldüyü, nəticənin müsbət olduğu diqqətə çatdırılıb. Həmin futbolçunun adı açıqlanmayıb. Amma onun müalicəsinə start verilib.

Bu gün – oktyabrın 9-da “Kayserispor”un bütün kollektivi testdən keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button