61 milyon dollarlıq turnirin qalibi məlum oldu

Tennis üzrə “Australian Open”də kişilərin fərdi mübarizəsinin qalibi məlum olub.

Komanda.az xəbər verir ki, serbiyalı Novak Cokoviç turnirin qalibi adını qazanıb. 33 yaşlı tennisçi finalda rusiyalı Daniil Medvedevə 3 setdə qalib gəlib – 7:5, 6:2, 6:2.

Bununla da, Cokoviç karyerasında 18-ci dəfə “Böyük dəbilqə” seriyalı turnirlərin qalibi olub. Bunların yarısı və ardıcıl üçüncüsü “Australian Open”ə təsadüf edib.

Turnirin ümumi mükafat fondu 61 milyon dollar təşkil edib.

Qadınların fərdi mübarizəsində qalib adını isə yaponiyalı Naomi Osaka qazanıb.