“Çelsi”də Mourinyo ilə bağlı şübhə var

“Çelsi” baş məşqçi postu üçün axtarışlarını davam etdirir. Klub Liam Rosenyorla yollarını ayırdıqdan sonra bir sıra tanınmış mütəxəssislərlə maraqlanır.

Komanda.az “goal”-a istinadən xəbər verir ki, namizədlər arasında Joze Mourinyonun adı hallansa da, klub rəhbərliyi onun geri dönüşünün məqsədəuyğun olub-olmadığına ciddi şübhə ilə yanaşır.

London təmsilçisi daha çox təcrübəli məşqçilərə üstünlük versə də, Mourinyonun adı hazırda əsas namizədlər siyahısında yer almır.

Portuqaliyalı mütəxəssis daha əvvəl “Çelsi”ni iki dövrdə – 2004-2007 və 2013-2015-ci illərdə çalışdırıb. 63 yaşlı mütəxəssis hazırda “Benfika”ya rəhbərlik edir və onun klubla müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button