Zubir: “Nyukasl”la birinci və ikinci oyun tamamilə fərqli idi”

“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyununda (2:3, ilk oyun 1:6) İngiltərənin “Nyukasl” komandasına məğlubiyyəti şərh edib.

Komanda.az xəbər verir ki, UEFA-ya danışan fransalı futbolçu komandasının ilk matçdakı uğursuzluğuna daha çox diqqət çəkib:

“İkinci oyunda parlaq çıxış etdik. Yaxşı oynadıq və iki qol vurduq. Bu, ilk oyunumuzdan sonra vacib idi. Belə başlanğıcdan sonra çətin oldu, amma sonra özümüzü toparladıq və yaxşı oynadıq. Düşünürəm ki, birinci və ikinci oyun tamamilə fərqli idi. Birinci oyun uğurlu alınmadı, amma ikinci matçda yaxşı oynamaq və əsl “Qarabağ”ı nümayiş etdirmək istədik. Düşünürəm ki, bacardıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button