
“Çelsi” Premyer Liqadan iki futbolçu ilə maraqlanır
“Çelsi” “Arsenal”ın yarımmüdafiəçisi İtan Nvaneri və “Aston Villa”nın futbolçusu Morqan Rocerslə maraqlanır.
Komanda.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.
Rocersin “Çelsi”yə transferi böyük məbləğli əməliyyat hesab ediləcək. Həmçinin, London klubu Nvanerini də hələ də almaq niyyətindədir, baxmayaraq ki, keçən yay bu keçid reallaşmayıb.
London təmsilçisi bir neçə gün öncə baş məşqçi Enzo Mareska ilə yollarını ayırıb.
“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



