“Fənərbaxça”nın prezidentinin narkotik testi pozitiv çıxıb

“Fənərbaxça”nın prezidenti Sadettin Saran narkotik testindən pozitiv nəticə verib.

Komanda.az “Fanatik”-ə istinadən xəbər verir ki, funksionerin saç nümunəsində kokain izlərinə rast gəlinib.

Hesabat İstanbul Baş Prokurorluğuna göndərilib. Saran isə hazırda gediş-gəlişinə məhdudiyyət qoyulmaqla nəzarət altındadır.

Saran “Fənərbaxça”nın prezidenti vəzifəsinə bu ilin sentyabrında gətirilib. Hazırda komanda Türkiyə Super Liqasında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Qalatasaray”dan 3 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button