
Salahsız da qələbə qazanmaq olarmış
Məhəmməd Salahın yoxluğu “Liverpul”a UEFA Çempionlar Liqasında qələbə qazanmağa mane olmadı.
Arne Slotun komandası səfərdə “İnter”i 1:0 hesabı ilə məğlub edib. Qələbə gətirən yeganə qolu Dominik Soboslayi 88-ci dəqiqədə penaltidən vurub.
Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, bu, “Liverpul”un 2009-un noyabrından bəri Salah olmadan ÇL-də qazandığı ilk səfər qələbəsidir. Mersisaydlılar həmin vaxt Macarıstanın “Debretsen” komandasını eyni hesabla məğlub etmişdilər.
33 yaşlı hücumçu İtaliyaya komanda ilə yollanmayıb. Buna səbəb onun son günlərdə verdiyi qalmaqallı müsahibədir.
Misirli forvardın komandaya nə vaxt qayıdacağı hələlik məlum deyil. O, “Liverpul”un heyətində 2017-ci ildən çıxış edir. Onun komandası “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



