“Milan” əlcəzairli futbolçunu satmağa hazırdır

“Milan”ın yarımmüdafiəçisi İsmael Bennaser yay transfer pəncərəsində komandasını dəyişə bilər.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi 26 yaşlı əlcəzairli futbolçunun satılması variantını nəzərdən keçirməyə hazırdır.

Yarımmüdafiəçiyə İngiltərə, Fransa və Səudiyyə Ərəbistanı çempionatlarından klublar maraq göstərir. Onun potensial transfer məbləği 50 milyon avro ola bilər. Bennaser 2019-cu ilin yayından “Milan”ın şərəfini qoruyur.

Afrikalı futbolçu ümumilikdə komandanın heyətində 165 oyun keçirib. O, bu matçlarda 6 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button