“Turan Tovuz” 1600 manat cərimə edildi

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 26-cı turunda baş verən qayda pozuntularına hüquqi qiymət verib.

Komanda.az xəbər verir ki, “Zirə” klubu 800 manat məbləğində cərimələnib. Buna komandanın 4 futbolçusunun “Kəpəz”lə matçda (1:1) sarı vərəqə ilə cazalanması səbəb olub.

Komitə görüşdən əvvəl oyun günü planının pozulmasına görə Gəncə təmsilçisinə eyni məbləğdə cərimə tətbiq edib.

“Turan Tovuz” isə 1600 manat məbləğində ziyana düşüb. Tovuz klubunun azarkeşləri “Qəbələ” ilə heç-heçə (1:1) etdikləri qarşılaşmada meydana yad əşyalar atıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button