“Xorvatiya millisi bizə qarşı çox yaxşı hazırlaşmışdı” – Obradoviç

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç Xorvatiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, serbiyalı mütəxəssis, 0:2 hesabıyla uduzduqları oyunla bağlı bunları deyib:

“Qrupun aşkar favoritinə qarşı oynadıq. Xorvatiya millisi bizə qarşı çox yaxşı hazırlaşmışdı. İlk hissədə sadə səhvlərə yol verdik, futbolçular qeyri-dəqiq ötürmələrlə yadda qaldı. Demək olar ki, rəqib ilk hissədə bizə oynamağa imkan vermədi. Məhz buna görə də, taktiki və fiziki cəhətdən daha hazırlıqlı olan Xorvatiya yığması fasiləyə kimi iki dəfə bizi məyus etdi. Lakin ikinci hissədə əvəzetmələr sayəsində hücum qurduq, topa nəzarət edə bildik. Amma təəssüf ki, əlimizə düşən şanslardan yararlana bilmədik. Qarşıda bizi Avstriya millisi ilə oyun gözləyir. Ümid edirəm, Xorvatiya yığmasına qarşı görüşdə buraxdığımız səhvləri təkrarlamayacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button