Avstriya – Azərbaycan matçının təyinatları bilindi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avstriyaya qarşı keçirəcəyi Avropa çempionatının seçmə oyununa təyinatlar açıqlanıb.

Komanda.az xəbər verir ki, matçı Belarusdan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Amin Kurheli olacaq. Ona yan xətt hakimləri Yuri Xomçenko və Viktor Xetskov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Denis Şerbakov yerinə yetirəcək.

Senytabrın 7-də keçiriləcək Avstriya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk matçında səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button