“Avropa çempionatında təhlükəsizlik UEFA və Almaniya hakimiyyəti üçün prioritet məsələdir”

UEFA bu ilin yayında Almaniyada keçiriləcək Avropa çempionatının təhlükəsizlik planlarından danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, turnir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi üçün çalışmalar aparıldığı bildirilib:

“2024-cü il Avropa çempionatında təhlükəsizlik UEFA və Almaniya hakimiyyəti üçün prioritet məsələdir. Buna görə də, UEFA bütün turnir iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün müvafiq və etibarlı mexanizmlər hazırlamaqla bağlı müvafiq orqanlar və tərəfdaşlarla sıx əməkdaşlıq edir”.

AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Martın 26-da final pley-off oyunları başa çatıb və Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button