DÇ-2022: 5-ci stadion istifadəyə verildi

2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Qətərdə “Al Tumama” stadionu istifadəyə verilib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, arenanın açılış mərasimi “Əl Sədd” və “Əl Rayan” komandaları arasında Əmir kubokunun final oyunundan öncə baş tutub. Bu, DÇ-2022 üçün tam hazır vəziyyətə gətirilmiş 5-ci stadiondur.

40 min azarkeş tutumuna malik arenada mundialın qrup oyunları, həmçinin 1/8 final və 1/4 final qarşılaşmaları keçiriləcək.

DÇ-2022 gələn il 21 noyabr-18 dekabrda keçiriləcək. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.

“Əl Sədd” – “Əl Rayan” matçı 1:1 hesabıyla bitib.