“20 il əvvəl çirkin futbol oynayan çoxlu komandalarımız var idi” – Keçmiş futbolçu

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill əmindir ki, İngiltərə Premyer Liqası zamanla daha maraqlı yarışa çevrilib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Nevill Premyer Liqanın 10-15 il ərzində dəyişdiyini bildirib:

“Premyer Liqa komandaları indi bir-biri ilə mübarizə aparır və birinciliyə oynayırlar. 20 il əvvəl çirkin futbol oynayan, sadəcə rəqibi meydanda saxlamağa çalışan çoxlu komandalarımız var idi. İndi liqada demək olar ki, hər bir komanda “bir nömrə” oynamağa, topa sahib olmağı qorumağa, qol vurmağa və qalib gəlməyə çalışır. Hamı qabaqcadan düşünür.

10-15 il əvvəl belə deyildi. Bu, oyunun nə qədər uyğunlaşa bildiyini göstərir. Bundan hamımız faydalandıq, çünki bu tip futbol daha cəlbedicidir. Bəli, elə matçlar var ki, komandalar bir-birinə qol vurmurlar, amma daha çox təhlükəli məqamlar, qollar olan oyunlar görürük. Futbolçular çalışırlar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button