13 ildən sonra İtaliya klubuna uduzdular

“Bayern” 13 ildən sonra ilk dəfə avrokuboklarda İtaliya klubuna məğlub olub.

Komanda.az “Opta Sports”-a istinadən xəbər verir ki, dünən münhenlilər Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Latsio”ya məğlub olub (0:1). Bundan əvvəl “Bayern” sonuncu dəfə 2011-ci ildə İtaliya klubuna uduzub. O zaman Almaniya komandası Çempionlar Liqasında elə həmin mərhələdə “İnter”ə məğlub olub (2:3).

“Bayern”lə “Latsio” arasında cavab oyunu martın 5-də Münhendə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button