
10 qolluq oyunda İngiltərə dünya üçüncüsü oldu
Futbol üzrə 2026-cı dünya çempionatında İngiltərə üçüncü yerin sahibi olub.
Komanda.az xəbər verir ki, Fransa ilə qarşılaşan ingilislər bürünc medal uğrunda matçda 6:4 hesablı qələbəyə seviniblər.
Tomas Tuxelin rəhbərlik etdiyi kollektivin heyətində Deklan Rays (3), Ezri Konsa (18), Bukayo Saka (37, 45+1, 87-p.) və Cud Bellingem (90+8) fərqləniblər. “Xoruzlar”dan isə Kilian Mbappe (48, 66) Bradli Barkola (54) və Usman Dembele (90+6) adını tabloya yazdırıblar.
DDÇ-2026-da final matçı saat 23:00-da İspaniya və Argentina yığmaları arasında keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



