“Qarabağ”la “Kəpəz” uduzdu, “Neftçi” qalib gəldi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. “Sabah” “Turan Tovuz”u son dəqiqələrdə vurduğu qolla məğlub edib.

“Keşlə-2” isə səfərdə “Zaqatala”dan üstün olub – 2:0. “Zirə-2” – MOİK matçında qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib.

Tura bu gün keçirilən qarşılaşmalarla yekun vurulub. “Kəpəz” səfərdə “Səbail”in əvəzedicilərinə məğlub olub. “Neftçi-2” “Qaradağ Lökbatan”la görüşdə inamlı qələbəyə sevinib. “Qarabağ”la “Sumqayıt”ın əvəzediciləri arasındakı qarşılaşmada isə qonaqlar qələbəni bayram ediblər.

Birinci divizion, 10-cu tur

7 noyabr

Sabah-2 – Turan Tovuz 1:0
Qol:
Reza Biqdelo, 88.
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Kərim Zeynalov, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
“Bank Respublika Arena” (ehtiyat meydança)

Zaqatala – Keşlə-2 0:2
Qol:
Elmir Rəhimzadə, 36; 41.
Qırmızı vərəqə: Murad Qayalı, 62 (“Keşlə-2”)
Hakimlər: Nicat İsmayıllı, Taleh Məmmədov, Səbuhi Əmrahov, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zaqatala şəhər stadionu,

Zirə – MOİK 2:2
Qol:
Tapdıq Əhmədov, 15. Müşfiq İlyasov, 59 – Yamin Ağakərimzadə, 23. Raul Yaqubzadə, 79.
Qırmızı vərəqə: Fərid Nadirov, 24. Kənan Zülfüqarov, 56 (hər ikisi MOİK)
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Rəhman İmami, İnqilab Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Asif Əliyev
“AZAL Arena”

8 noyabr

Qaradağ Lökbatan – Neftçi-2 0:2
Qol: Vüqar Həsənov, 28. Hüseyn Hüseynzadə, 38.
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Kamran Bayramov, Kamal Umudlu
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30

Səbail-2 – Kəpəz 1:0
Qol:
Murad Ağayev, 54.
Hakimlər: Rəşad Əhmədov, Teymur Teymurov, Elxan Əsgərzadə, Əliyar Ağayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ilham Əliyev
“ASCO Arena”, 16:00

Qarabağ-2 – Sumqayıt-2 1:2
Qol: Rauf Hüseynli, 46 – Rauf Hüseynli, 21-öz qapısına. Ehtiram Şahverdiyev, 86.
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Elmin Süleymanov, Vüqar Həsənli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 17:00