Əsgərovun komandasından ardıcıl 3-cü məğlubiyyət

Futbol üzrə Latviya çempionatında 10-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti maçtına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Liepaya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.

“Super Nova” 9 turdan sonra 3 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button