Ərəblər Lakazettə də göz dikib

“Lion”un hücumçusu Aleksandr Lakazett karyerasını Səudiyyə Ərəbistanı klublarından birində davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı fransalı futbolçu ilə Səudiyyə Ərəbistanı klublarından biri fəal şəkildə maraqlanır.

Futbolçunun “Lion”la hazırkı müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir. Onun transfer qiyməti 14 milyon avrodur.

Lakazett ötən mövsüm Liqa 1-də 35 oyuna çıxıb, 27 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button