Ərəblər istəyir – “Çelsi”nin hədəfindəki futbolçunu

“Brayton”un yarımmüdafiəçisi Moyses Kaysedonun iş yerini dəyişmək ehtimalı var.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klublarından biri onu transfer etmək istəyir. Hələlik futbolçuya rəsmi təklif göndərilməyib.

Öncədən ekvadorlunun “Çelsi”nin əsas transfer hədəflərindən biri olduğu bildirilirdi.

Kaysedo ötən mövsüm Premyer Liqada 37 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button