“Əl-Nəsr” Ronaldoya elə bir hüquq verib ki…

“Əl-Nəsr” klubunun yeni hücumçusu Kriştiano Ronaldo komandanın məşqçilərini istədiyi vaxt dəyişmək hüququna malikdir.

Komanda.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “CBS Sports” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 37 yaşlı portuqaliyalı futbolçu hazırkı məşqçi ona uyğun gəlməsə, onu dəyişə biləcək.

“Əl-Nəsr”in hazırkı baş məşqçisi əvvəllər Fransanın “Lion” və “Marsel” klublarında çalışmış Rudi Qarsiyadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button