“Yuventus”un daha bir futbolçusu Qətər klubunda – rəsmi

“Əl Duhail” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Qətər təmsilçisi “Yuventus”dan Xan Kvan Sonu transfer edib. Bu barədə “Əl Duhail”in rəsmi saytı məlumat yayıb. 21 yaşlı hücumçuyla imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Əl Duhail” Kvan Son üçün turinlilərə 5 milyon avro ödəyib. Şimali Koreya millisinin üzvü olan hücumçu “Yuventus”un U-23 komandasında çıxış edirdi.

“Əl Duhail” bir müddət əvvəl “Yuventus”dan Mario Mancukiçi də transfer etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button