Ələskərov “Bursaspor”a qələbə qazandırdı

Futbol üzrə Türkiyə 1-ci liqasında 23-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Altınordu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Namik də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının 28-ci dəqiqədə vurduğu yeganə qolun məhsuldar ötürməsini də Ələskərov verib.

“Bursaspor” 23 turdan sonra 23 xalla 19 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button