“Qəbələ”nin xəstəxanaya aparılan futbolçusunun durumuna aydınlıq gəldi

Azərbaycan Premyer Liqasının 2-ci turunda “Qarabağ”la oyunda zədələndiyi üçün xəstəxanaya aparılan “Qəbələ”nin futbolçusu Klesio Baukun durumuna aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun verdiyi məlumata görə, hazırda 25 yaşlı hücumçunun vəziyyəti yaxşıdır. 39 yaşlı mütəxəssis, mozambikli oyunçunun rəqibin futbolçusu Riçard Almeyda ilə mübarizədə boğazından zərbə aldığını bildirib:

“Oyunçu zərbə aldıqdan sonra nəfəs ala bilmirdi və ona görə xəstəxanaya apardıq. İndi ciddi bir şey yoxdur, qarşıdakı matçlarda iştirak edə biləcək”. (Report)

Oyun “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Klesio Bauk zədələndiyi üçün onun yerinə 29-cu dəqiqədə meydana Rövlan Muradov daxil olub. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button