“Səbail”dən növbəti transfer – rəsmi

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Səbail” daha bir futbolçu ilə müqavilə bağlayıb.

Komanda.az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, “Səbail” ötən mövsümü “Zirə”də keçirmiş Bilal Həmdi ilə müqavilə imzalayıb. Əlcəzairli yarımmüdafiəçinin sözləşməsinin müddəti açıqlanmayıb.

“Səbail” buna qədər Kamal Bayramov, Dilan Duventru, Turan Manfov, Ürfan Abbasov, Daniel Bojinovski və Mirabdulla Abbasovu da transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button