“Qarabağ”ın futbolçusu İngiltərə ilə oyuna dəvət aldı

“Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev yenidən Bolqarıstan millisinə çağırılıb.

Komanda.az xəbər verir ki, baş məşqçi Krassimir Balakov qarşıdakı oyunlarda xidmətindən yararlanacağı legionerlərin adlarını açıqlayıb.

O, AÇ-2020-nin seçmə mərhələsində İngiltərə və yoldaşlıq görüşündə İrlandiya ilə keçiriləcək səfər görüşlərinə ölkə xaricində legioner həyatı yaşayan 11 oyunçu dəvət edib. Həmin futbolçular arasında Slavçev də var.

Bolqarlar sentyabrın 7-də İngiltərə, 10-da isə İrlandiya ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button