Nəbiyevdən Çexiyada daha bir dubl

Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin 5-ci turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Karvina” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.

Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib.

Komandasının vurduğu qollardan ikisinə də Fərid imza atıb. Nəbiyev 4-cü dəqiqədə matçda hesabı açıb, 76-cı dəqiqədə isə matçda yekun nəticəni müəyyənləşdirib.

“Slaviya”nın U-21 komandası hazırda 10 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button