“Olimpiakos” “Aston Villa”nı finala buraxmadı

Avropa Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu finalçı Yunanıstanda müəyyənləşib.

Bu ölkəni təmsil edən “Olimpiakos” doğma meydanda İngiltərənin “Aston Villa” komandasını sınağa çəkib. Afina klubu səfərdə məğlub etdiyi bu rəqibə evdə də qalib gəlməklə finala yüksəlib.

Daha öncə İtaliyanın “Fiorentina” komandası Belçika “Brügge”sini mübarizədən kənarlaşdıraraq finala vəsiqəni təmin etmişdi – 3:2, 1:1.

Avropa Konfrans Liqası
Yarımfinalın cavab oyunu

9 may

“Olimpiakos” (Yunanıstan) – “Aston Villa” (İngiltərə) 2:0
Qollar
: El Kaabi, 10; 81.
İlk oyun – 4:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button